ABŞ Məxfi Xidməti “Palm-Biç” Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ prezidenti Donald Trampın təyyarəsinin çıxdığı yerin birbaşa görünüşünü müşahidə edən “ov qülləsi” aşkar edib.
Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məxfi Xidmətin sözçüsü Entoni Quqlielmi bildirib ki, Federal Təhqiqatlar Bürosu hazırda “Palm-Biç” Beynəlxalq Hava Limanı yaxınlığında şübhəli qüllənin aşkarlanmasından sonra araşdırma aparır.
"Texnologiyadan istifadə və hərtərəfli fiziki axtarışlar daxil olmaqla, “Palm-Biç”ə çatmazdan əvvəl ilkin təhlükəsizlik hazırlıqları zamanı komandalarımız hava limanı yaxınlığında maraq doğuran obyektləri aşkarladılar", - Entoni bildirib.
O əlavə edib ki, “bu, heç bir hərəkətə təsir etməyib və hadisə yerində bununla məşğul olan şəxslər olmayıb”.