AZ

Şənbə və bazar günləri ölkə ərazisində 87 cinayətin açılması təmin olunub

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,  oktyabrın 18-də və 19-da ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

N.AdilqızıXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
110
29
xalqqazeti.az

10Mənbələr