AZ

Təl-Əvivdə futbol derbisi iğtişaşa çevrildi – 37 nəfər xəsarət aldı

Təl-Əvivdə futbol derbisi iğtişaşa çevrildi – 37 nəfər xəsarət aldı

Təl-Əvivdə keçirilən “Hapoel” və “Makkabi” klubları arasındakı futbol derbisi kütləvi iğtişaşlarla nəticələnib. Oyunun gedişində azarkeşlər meydançaya tüstü bombaları və pirotexniki vasitələr atıblar, nəticədə stadionda yanğın təhlükəsi yaranıb.

Hadisələr daha sonra şəhər küçələrinə keçib – iğtişaşçılar mağazaların vitrinlərini sındırıb, zibil qutularını yandırıb və metal baryerləri aşırıblar. Polis qüvvələri kütləni dağıtmaq üçün atlı dəstələrdən istifadə edib.

Məlumata görə, polis zabiti at belində izdihamı dağıtmağa çalışarkən təsadüfən bir yeniyetməni vurub, nəticədə o, xəsarət alıb. Ümumilikdə 37 nəfərin yaralandığı bildirilir. Hadisə ilə bağlı istintaq aparılır.

Seçilən
168
2
interpress.az

3Mənbələr