Bakı. Trend:
Oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayonprokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq EminCəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işibaşlanıb.
Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxsqismində tutulub.
İbtidai istintaq davam etdirilir.