AZ

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək

240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək.

Teleqraf xəbər verir ki, bu barədə 20 Oktyabr Energetiklər Günü münasibətilə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc olunan “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində qeyd olunub.

Nazir bildirib ki, stansiyanın Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən 35-i (227,5 MVt gücündə) artıq quraşdırılıb, qalan 2 turbinin quraşdırılması isə oktyabr ayı ərzində tamamlanacaq:

""İki 220/33 kV-luq yarımstansiyadan biri inşa edilərək istismara tam hazır vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay yekunlaşacaq. Bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 MVt gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisinə də start verilib. 943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük günəş enerji layihələrindən biridir".

Seçilən
138
teleqraf.com

1Mənbələr