“İnter”in hücumçusu Markus Türam zədəsini bərpa etmə prosesini davam etdirir.
İdmanxeber.az xəbər verir ki, bud əzələsindəki problemə görə son üç oyunu buraxan fransalı forvard Çempionlar Liqasında “Union”a qarşı matçda da iştirak etməyəcək.
Klub rəhbərliyi onun oktyabrın 25-də “Napoli” ilə görüşdə meydana dönəcəyinə ümid edir.