ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Polşanın Baş naziri Donald Tuskun “Vətəndaş Koalisiyası”na daxil olan “Vətəndaş Platforması” partiyasının ofisinə hücum edilib.
“Qafqazinfo” Polşanın “TVN24” telekanalına istinadən xəbər verir ki, Varşavada yerləşən ofis binasına içində alışan maddə olan butulka atılıb.
Hadisə zamanı yanğının baş verməsinin qarşısını almaq mümkün olub. Hücumda iştirak edən iki nəfərdən birini polis saxlayıb. Həmin şəxsin daha əvvəl D.Tuska qarşı hədələr səbəbindən məsuliyyətə cəlb edildiyi müəyyən olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        