AZ

Ermənistanda axtarış: Təhlükəsizlik qüvvələri bu meriyaya basqın etdilər

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları Gümrü şəhər meriyasında əməliyyat tədbirləri həyata keçirir.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin səfərinin səbəbləri hələlik aydınlaşdırılmayıb, lakin məlumdur ki, şəhərin müxalifətçi meri Vardan Qukasyan son aylarda dəfələrlə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Əvvəllər onun oğluna qarşı hədə-qorxu ilə tələb etmə və ictimai əmlakı mənimsəmə maddələri ilə cinayət işi açılıb.

Seçilən
43
publika.az

1Mənbələr