Ramiz Mehdiyev indiyədək Hərbi Qənimətlər Parkını niyə ziyarət etməyib? — AÇIQLAMA
                    
                        “Çox yüksək vəzifələrdə oturan, bütün sülaləsini ən yaxşı vəzifələrdə yerləşdirən, Azərbaycan dövlətinin ən qaymaq obyektlərini ələ keçirən bəzi insanlar, o cümlədən Ramiz Mehdiyev bu günə qədər nə azad olunan ərazilərə səfər etməyib, nə Hərbi Qənimətlər Parkına getəyib, nə də Azərbaycanın müharibədəki qələbəsi münasibətilə xalqı təbrik etməyib”.
 
 Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 
 
 O bildirib ki, bəzi partiya rəhbərləri də bu siyahlya daxildir:
 
 “Bu münasibəti Azərbaycanda bəzi Qərb institutlarının maraqlarını təmin edən müxalif partiya rəhbərləri də göstərir. Biri rusa, digəri isə Qərbə kölə olmağa çalışır”.
 
 Cavidan Mirzəzadə
 Demokrat.az 
         
        
     
 
 
 
         
        
        
        
        
