AZ

Premyer Liqa klubunun yeni baş məşqçisi müəyyənləşdi

BAKI, 20 oktyabr. TELEQRAF

İngiltərənin "Nottingem Forest" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf "Sky Sports"a istinadən xəbər verir ki, komanda Şon Dayça həvalə olunub.

Klubla 54 yaşlı mütəxəssis arasında tam razılıq əldə olunub. O, bu postda istefaya göndərilən Ange Postekoğlunu əvəzləyəcək.

Dayç son olaraq "Everton"un baş məşqçisi olub.

Qeyd edək ki, "Nottingem Forest" Premyer Liqanın 8 turundan sonra 5 xalla 18-ci pillədə qərarlaşıb.

Seçilən
127
teleqraf.com

1Mənbələr