AZ

İnternetdə sirli Xiaomi smartfonunun görüntüsü yayılıb

Ajans.az xəbər verir ki,bu barədə XiaomiTime nəşri məlumat yayıb. Məlumata görə, cihazın yalnız arxa tərəfini əks etdirən foto yayımlanıb və ekran hissəsi görünmür. Prototipin 2024-cü ildən gec olmayaraq buraxılması planlaşdırılsa da, Xiaomi bu cihazı kommersiya istehsalına çıxarmayıb. Şəkildə cihazın arxa panelində “Amazon” və “Nebula” sözləri yer alır. Mənbə qeyd edir ki, Xiaomi bu adlardan hazırlanmaqda olan cihazları gizli şəkildə tanıtmaq üçün istifadə edir və onların kommersiya adlarını hələ açıqlamayıb. Bununla belə, Xiaomi bu model haqqında rəsmi açıqlama verməyib. XiaomiTime jurnalistlərinin fikrincə, şirkət tək kameralı modellərin kommersiya potensialını zəif hesab etdiyindən layihəni dayandırmış ola bilər. Eyni zamanda, ehtimal edilir ki, bu cihaz sadəcə olaraq daxili testlər və ya digər modellərin inkişafı üçün hazırlanmış texniki prototip ola bilər.

 

Seçilən
14
Ajans.az

1Mənbələr