“Bu, mümkündür. Prezident Putinin yerində olsaydım, mütləq hərbi təyyarələrin müşayiəi ilə uçardım”,- Conson NATO-nun şərq üzvlərinin Rusiyaya rəsmi uçuşa icazə verməməsi ehtimalı ilə bağlı sualın cavabında deyib.
Onun fikrincə, Rusiya prezidentinin təyyarəsinin Bolqarıstan və ya Rumıniya daha üzərindən uçması daha mümkün sayıla biləcək variant olardı. Polşa rəhbərliyinin Rusiyaya qarşı son dərəcə mənfi münasibəti fonunda isə, Putinin təyyarəsinin bu ölkənin səmasından istifadə etməsinə icazə veriləcəyi müşkül görünür.
Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naizir Peter Siyyarto da, öz növbəsində, Avropa liderlərinin Rusiya və ABŞ prezidentləri arasında Budapeştdə keçiriləcək görüşü pozmaq üçün əllərindən gələni edəcəklərini açıqlayıb.
![]() |
| Tarmp:“Rusiya və Ukrayna qoşunları indiki xətdə dayanmalıdır” |
Mənbələrə istinad edən “Reuters” agentliyinin yazdığına görə, Kiyevi və onun müttəfiqlərini şoka salan məqamlardan biri də Donald Trampın Volodimir Zelenski ilə Ağ Evdə görüşü zamanı yalnız Ukraynaya yox, həm də Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsi ideyasını dilə gətirməsidir.
- Tramp hər iki tərəf üçün təhlükəsizlik təminatlarından danışmaqla ukraynalıları çaş-baş salıb”,- agentliyin mənbələri bildirib.
Danışıqlar zamanı ABŞ prezidentinin ukraynalı həmkarını müharibəni dayandırmaq üçün Rusiyaya ərazi güzəştinə də getməyə çağırıb. Lakin Zelenski Ukraynanın Rusiyanın hələ də işğal etmədiyi əraziləri boşaltması fikrini rədd edib.
“Politico” nəşri, eyni zamanda, Amerikaprezidentinin Zelenskiyə hazırkı cəbhə xəttində müharibəyə son qoymağı təklif etdiyini bildirir.
“Nəhayət, Tramp görüşü“Yaxşı, gəlin bunu indiki cəbhə xəttində bitirməyə çalışaq” ifadəsi ilə görüşü yekunlaşdırıb”,– mənbə qəzetə açıqlamasında deyib.
Yeri gəlmişkən, Avropa bürokratiyasını və Avropanın aparıcı ölkələrini ciddi şəkildə narahat edən əsas məqam Doanlad Trampın Ukrayna probleminin həlli məsələsində Aİ-ni oyundan kənar vəziyyətə salmasıdır. Bu isə, öz növbəsində, ümumavropa təhlükəsizliyinin təminatının birbaşa Tramp-Putin dialoqunun nəticələrindən asılı olacağından xəbər verən siqnaldır.
Xatırladaq ki, Donald Trampla Vladimir Putin arasında oktyabrın 16-da baş tutan 2 saatdan artıq davam edən telefon danışığından sonra prezidentlər ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər. Bu görüşün Budapeştdə baş tutacağı gözlənilir.
Sahil İsgəndərov
AzVision.az
