AZ

ABŞ-da təyyarə eniş zamanı təkərləri partlayıb

Ajans.az ABC7 Chicago telekanalına istinadən xəbər verir ki,təyyarə Çikaqodan Texasa uçuş həyata keçirirdi. Yerə eniş zamanı sərnişinlər güclü partlayış səsi eşidiblər. Şahidlərin sözlərinə görə, təyyarə sıçrayıb və göyərtədə panika yaranıb. Təyyarədə 179 sərnişin və altı ekipaj üzvü olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Sərnişinlər təhlükəsizlik məqsədilə avtobusla terminala aparılıblar. Hazırda təyyarənin eniş aparatında yaranan nasazlığın səbəbləri araşdırılır. Hava limanı müvəqqəti olaraq əlavə təhlükəsizlik tədbirləri görüb.

 

Seçilən
145
Ajans.az

1Mənbələr