AZ

“Zelenskiyə deyil, Rusiyaya təzyiq göstərilməlidir” – Donald Tusk

“Bizdən heç kim Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiyaya ərazi güzəşti etməsi üçün təzyiq göstərməməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Hamımız təcavüzünü dayandırması üçün Rusiyaya təzyiq etməliyik. Güzəştlər heç vaxt ədalətli və davamlı sülhə aparan yol olmayıb”, – deyə Tusk vurğulayıb.

“The Financial Times” nəşrinin məlumatına görə, oktyabrın 17-də Zelenski ilə görüşdə ABŞ prezidenti Donald Tramp Rusiyanın müharibəni dayandırmaq üçün şərtlərini qəbul etməyə çağırıb. O, deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı razılaşmadığı təqdirdə “məhv edəcəyi ilə” hədələyib.

Xatirə SADİQ

Seçilən
116
nocomment.az

1Mənbələr