Bu barədə ölkənin "Der Spiegel" jurnalı öz mənbələrinə istinadənməlumatyayıb. Bildirilib ki, mümkün alış müqaviləsinə əsasən, hökumət bu məqsədlə 2,5 milyard avro xərcləyəcək. Maraqlıdır ki, Almaniya Silahlı Qüvvələrinin ("Bundesver") tərkibində hazırda 35 ədəd"F-35"qırıcısı mövcuddur:
 "Berlin alyansa üzv ölkələrin hava qüvvələri ilə əlaqədar NATO-nun yeni tələblərini yerinə yetirərək, öz hava donanmasını genişləndirilmək istəyir",- jurnal yazır.
Eyni zamanda, oktyabrın 8-də "Bundestaq"ın (parlamentin aşağı palatası) büdcə komitəsi ölkənin Müdafiə Nazirliyi üçün ümumi qiyməti 7 milyard avrodan çox bir neçə satınalma layihəsini təsdiqləyib. Bu layihə çərçivəsində 3,75 milyard avro dəyərində 20 ədəd"Eurofighter"qırıcısının alınması da nəzərdə tutulur. "Der Spiegel"in məlumatına əsasən, bu təyyarələr 2031-2034-cü illərdə Berlinə çatdırılacaq.
 Firudin Həmidli
  AzVision.az 
                        - Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta
 
                        