AZ

Putin Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişməyə müvəffəq oldu - Politico

ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında oktyabrın 17-də Vaşinqtonda keçirilən görüş nümayiş etdirdi ki, Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişməkdə davam edir,

Herbiand.az bildirir ki, bu barədə Politico qəzeti adının gizli qalmasını istəyən Avropa İttifaqının (Aİ) diplomatına istinadən xəbər verir.

“Adı açıqlanmayan Aİ diplomatı bildirib ki, görüş... Trampın Ukrayna ilə bağlı mövqeyinin dəyişilməsinin davam etdiyini nümayiş etdirdi”, - nəşr yazır.

Mənbə qeyd edib ki, cəmi bir neçə gün əvvəl gündəmin əsas məsələsi Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin tədarükü olub. Lakin, hazırda diqqət Ukrayna tərəfindən ərazi güzəştlərinin zəruriliyinə yönəlib. Nəşr Rusiya prezidenti Vladimir Putinin oktyabrın 16-da telefon danışığı zamanı çox güman ki, Trampın fikrini dəyişməyə müvəffəq olduğuna dair əlamətlər görür.

Qeyd edək ki, Rusiya və Amerika liderləri arasında son danışıq iki saatdan çox davam edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
87
herbiand.az

1Mənbələr