Təhlükəsizlik, nəzakətli xidmət və rahatlıq. “Yango” şirkəti olaraq təklif etdiyimiz bu üstünlüklər Heydər Əliyev Beynəlxalq Aeroportundan xidmətimizi hər kəs üçün əlçatan və şəffaf edir. Əvvəllər bu və ya digər səbəbdən hava limanına yolu düşənlər yəqin aeroportun daxilində və xaricində müştəri “ov”una çıxan dəllalları, 15 manatlıq yolu şəhərimizə ilk dəfə gələn qonağa və ya yerli əhaliyə az qala üçqatına sırıyan sürücüləri yaxşı xatırlayırlar.
Avtosfer.az xəbər verir ki, “Yango”nun hava limanından təklif etdiyi tənzimlənmiş xidmət ölkəmiz haqqında mənfi rəy formalaşdıran bu işbazların ayağını aerportdan birdəfəlik çəkib desək, yanılmarıq. Sərnişinlər artıq aeroportda taksi sürücülərinin müəyyən etdiyi ixtiyari qiymətlərlə və daha “yaxşı” müştəri gözləyən, buna görə bir neçə sifarişdən imtina edənlərlə qarşılaşmırlar. “Yango” olaraq təqdim etdiyimiz şəffaf və sabit tariflər həm yerli sakinlər, həm də turistlər üçün səyahəti daha rahat və proqnozlaşdırıla bilən edir. Sərnişinlər qiyməti əvvəlcədən biləndə, sürpriz ödəmə halları aradan qalxır, bu da stressi azaldır və ümumi komfortu artırır. Onlar özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Bu zaman sürücülərimizin məsuliyyəti də artır.
Sərnişinlərin “Yango” sürücüsünə ödədiyi vəsait təhlükəsizlik, rahatlıq və zəmanətli xidmət, eləcə də hava limanında taksi xidmətlərindən gözlənilən yüksək keyfiyyət üçündür. Gün ərzində yüzlərlə sifarişi yüksək keyfiyyətlə yerinə yetiririk. Siz də YANGO-nu yükləyin, sərfəli və rahat gedişdən həzz alın.
Yango taksi xidmətinin Aeroportdan bir neçə istiqamət üzrə təqdim etdiyi qiymət nümunələri:
1) Aeroport - Koroğlu m/st = 15 manat
2) Aeroport - Ağ şəhər = 21 manat
3) Aeroport – 20 Yanvar = 23 manat
Xidmət keyfiyyəti ilə bağlı müraciətlərinizi tətbiq vasitəsilə bizə və ya 141 - AYNA-nın qaynar xəttinə bildirə bilərsiniz.