"Level Leasing" Açıq Səhmdar Cəmiyyəti (ASC), cəmiyyətin nizamnamə kapitalında əhəmiyyətli payların əldə edilməsi barədə məlumat açıqlayıb.
FED.az xəbər verir ki,şirkətin 16 oktyabr 2025-ci il tarixində yaydığı bildirişlərə əsasən, 3 fiziki şəxs 15.10.2025-ci il tarixində cəmiyyətin səhmlərinin ümumilikdə 61,99%-ni əldə ediblər.
Açıqlanan məlumatlara görə, pay sahibləri və əldə etdikləri səhmlər aşağıdakı kimidir:
| Pay Sahibi | Əldə Olunan Səhmlərin Sayı | Nizamnamə Kapitalında Payı |
| Mehralıyeva-Rzayeva Nurana Ramiz qızı | 585.900 | 27,90% |
| Quliyeva Zərifə Aydın qızı | 585.900 | 27,90% |
| Bədirova Lalə Əli qızı | 129.990 | 6,19% |
| Cəmi | 1.301.790 | 61,99% |
Bu əməliyyat nəticəsində "Level Leasing" ASC-nin səhmlərinin 60%-dən çoxu üç yeni sahibin nəzarətinə keçib.
Eyni miqdarda (585.900 səhm) pay əldə edən Mehralıyeva-Rzayeva Nurana Ramiz qızı və Quliyeva Zərifə Aydın qızı cəmiyyətdə bərabər və ən böyük pay sahibləri olublar.
Bildirişlər "Level Leasibng" ASC-nin direktoru Mirzəyev Həmid Mövsüm oğlu tərəfindən imzalanıb.