BAKI, 20 oktyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın zamanda fransalı həmkarı Emmanuel Makron ilə görüş keçirəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
Ukrayna lideri bildirib ki, indi müharibənin sona çatması vəziyyətini irəlilətmək və bütün imkanlardan tam istifadə etmək üçün düzgün zamandır.
Zelenski Makronla diplomatik məsələlər və tərəfdaşlarla son əlaqələr barədə fikir mübadiləsi apardığını, həmçinin yaxın vaxtlarda görüşməyi razılaşdırdıqlarını qeyd edib.