AZ

AMB bir sıra maliyyə institutları ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsini müzakirə edib

BAKI, 20 oktyabr. TELEQRAF

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində bir sıra maliyyə institutları ilə görüşüb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər veriri ki, görüşdə Abu-Dabi Kommersiya Bankı, “Mizuho Bank”, “UBS”, Nyu-York Federal Ehtiyatlar Sistemi kimi maliyyə qurumları ilə keçirilən görüşlərdə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorunun cari trendləri və inkişaf perspektivləri, həmçinin maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, 13-18 oktyabr tarixlərini əhatə edən ABŞ səfəri çərçivəsində keçirilmiş görüşlər Mərkəzi Bankın, eləcə də ölkənin maliyyə sektorunun beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının daha da gücləndirilməsi, o cümlədən beynəlxalq tərəfdaşlarla strateji dialoqunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Seçilən
66
10
teleqraf.com

10Mənbələr