BOKT "İdeal Kredit" MMC 1 milyon manatlıq istiqraz buraxır.
Marja.az xəbər verir ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 100 manatdır.
İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi illik 14 faiz təşkil edir.
İstiqrazlar üzrə ödənilməli olan faizlər, tədavül müddətində buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 5 (beş) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir ödənilir.
Anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da