AZ

Şərurlu İsfəndiyardan Ramiz Mehdiyevlə bağlı şok açıqlama VİDEO

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev ilə bağlı müxtəlif iddialar səslənir.

Xüsusilə, onun komandasında olan insanlar bu gün gündəmdədir. Onlardan birinin də tanınmış iş adamı “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovdur ("Şərurlu İsfəndiyar").

İsfəndiyar Axundovun da Ramiz Mehdiyevə yaxın olduğu iddia olunur.

Yayılan iddialarla bağlı “Cebheinfo.az”-ın əməkdaşı onunla əlaqə saxlayıb.

İsfəndiyar Axundov bildirib ki, bu gün ölkədə vəziyyətin necə olduğudan xəbərdarsınız:

“Nə sənin, nə də mənim bu barədə danışmağa haqqımız yoxdur. Siyasətçilər var, dövlət var, məhkəmə var. Kim kimlə kef çəkir, sanki şou proqramıdır. Hər dəfə biri haqqında bu cür cəfəng sözlər deyirlər. Kaş deyilən kimi olaydı, mən də şəhərdə bir bina tikərdim. Mənim başıma bu işlər də gəlməyəydi, kömək edərdi şəhərdə ev tikərdim.  Heyif... Olsaydı pis olmazdı. İstəyərdim olaydı, mən də şəhərin mərkəzində iki bina tikərdim, nəinki çöldə, dağda-daşda tikməzdim”. 

Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr