AZ

Ermənistanda 44 günlük müharibə ilə bağlı QƏRAR

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ermənistanda 44 günlük müharibənin şəraitini araşdıran müvəqqəti parlament komissiyasının hazırladığı hesabat məxfiləşdirilib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə oktyabrın 20-də Ermənistan Milli Assambleyasında jurnalistlərə parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Andranik Köçəryan məlumat verib.

Deputat qeyd edib ki, bu qərarı parlamentin spikeri Alen Simonyan şəxsən verib.

“Bu qadağa parlamentin Dövlət və hüquq məsələləri üzrə daimi komitəsinin sədri, hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Vladimir Vardanyanın qənaətinə əsasən verilib”, - Köçəryan bildirib. Bununla belə, deputat qeyd edib ki, parlament üzvləri hesabata baxa bilərlər.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr