AZ

ABŞ vitse-prezidentinin korteji atəşə tutuldu – Kaliforniyada

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin mühafizəsi üçün Kaliforniyada Dəniz Piyadaları Korpusunun 250 illiyi münasibətilə keçirilən təlimlər təhlükəsiz ötüşməyib.  

NOCOMMENT.az bu barədə Fox News telekanalına və “The Daily Beast” nəşrinə istinadən xəbər verir.

Vitse-prezidenti Vens və Pentaqon rəhbəri Pit Heqset oktyabrın 18-də dəniz piyadalarının bazası olan Kəmp-Pendltonda nümunəvi atəş nümayişində iştirak ediblər.

M777 haubitsasından atılan 155 mm-lik mərmi qapalı avtomagistral üzərindən keçərkən vaxtından əvvəl partlayıb.

Qəlpələr vitse-prezidentin kortejini müəayiət edən motosikletə və yerli polis maşınına dəyib.

Xatirə SADİQ

Seçilən
33
nocomment.az

1Mənbələr