AZ

Aİ Putinin Budapeştə səfərindən o qədər də məmnun deyil

Aİ Putinin Budapeştə səfərindən o qədər də məmnun deyil

Brüssel Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla danışıqlar üçün Budapeştə gəlməsindən məmnun deyil.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ Xarici İşlər Nazirlərinin Lüksemburqda keçirilən toplantısına gələrkən deyib.

“Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) barəsində order verdiyi bir şəxsin bu ölkəyə gələcəyini görmək o qədər də xoş deyil” - deyə diplomat bildirib.

Eyni zamanda Kallas, Putinin Budapeştdə Vladimir Zelenski ilə görüşəcəyinə ümid etdiyini deyib və Trampın Ukraynaya sülh gətirmək üçün göstərdiyi hər hansı səyi alqışladığını vurğulayıb.

Seçilən
106
afn.az

1Mənbələr