
İranın Qum vilayətində İsrailin "Mossad" kəşfiyyat agentliyinə casusluqda ittiham olunan şəxs edam edilib.Missiya.Az xəbər verir ki, şəxsiyyəti açıqlanmayan məhbus şənbə günü Qum vilayətində həbsxanada edam olunub.
Qum vilayətinin baş hakimi Seyid Kazım Musəvi bildirib ki, məhbus 2023-cü ilin oktyabrında İsrailin "Mossad" agentliyi ilə əməkdaşlığa başlayıb. O, 2024-cü ilin fevralında həbs edilərək ittihamları qəbul edib və hüquqi prosesdən sonra ölüm cəzasına məhkum edilib.
Baş hakim həmçinin qeyd edib ki, İranın kəşfiyyat və məhkəmə orqanları məhbusun fəaliyyətini müəyyən edərək, ölkənin həssas məlumatlarının İsrailə ötürülməsinin qarşısını alıblar.
Seyranə QuliyevaMissiya.Az