"Tağıyev: Neft” filmi Kino Sənəti və Elmləri Akademiyasının “Oskar” mükafatının “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyası üzrə ölkəmizdən rəsmi namizəd elan edilib.
Yenisabah.az APA-ya istandla xəbər verir ki, bunu filmin rejissoru Zaur Qasımlı məlumat verib.
ONun sözlərinə görə, filmi Azərbaycan Film Akademiyası namizəd kimi təqdim edib: Pepperoni pizza
“Hazırda 90 film arasında yer almışıq. Dekabr ayında bu filmlərdən 16-ı seçiləcək, yanvar ayında isə 5 film müəyyənləşdiriləcək. Sonda həmin 5 filmin yaradıcı heyəti Los-Ancelesə dəvət olunacaq və bu filmlər laureat hesab ediləcək”.
Xatırladaq ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” güclü yaradıcı komandanın birgə əməkdaşlığının nəticəsidir. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri isə İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır.
Telegram kanalımız