BEYLƏQAN, 20 oktyabr. TELEQRAF
Beyləqanda ailə faciəsi yaşanıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Beyləqanın Qəhrəmanlı kənd sakini 1963-cü il təvəllüdlü Bayramov Azər Əli oğlu vəfat edib. Mərhumun ölümündən 3 gün sonra 1996-cı il təvəllüdlü Əlizadə Məhəmməd Azər oğlu atasının yoxluğuna dözməyərək özünə qəsd edib.
Faktla bağlı araşdırma aparılır.