AZ

Zelenski: Trampın nümayəndəsi məndən Donbasdan qoşunları çıxarmağı istədi...

Ukrayna lideri bu təklifi “işləməyən model” adlandırıb...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Trampın xüsusi nümayəndəsi Uilliam Uitkoffun ondan Donbasdan qoşunlarını çıxarmağı xahiş etdiyini təsdiqləyib. Uitkoff bu təklifi müharibənin bitməsi məqsədilə irəli sürüb.

Zelenskinin sözlərinə görə, o, amerikalı diplomata bu yanaşmanın “tamamilə işləməz” olduğunu izah edib:

“Ruslar deyirlər ki, guya Donbasda referendum keçiriblər və guya Rusiyaya qoşulmaq istəyirlər. Amma işğalın başlanğıcı ilə həmin ‘referendum’ arasında on il keçib. Cənab Uitkoff dedi ki, Donbasın Rusiyaya daxil olması artıq onların Konstitusiyasına salınıb. Mən də izah etdim ki, əgər sabah Putin müharibə bitdikdən sonra daha bir neçə vilayəti öz konstitusiyasına daxil etsə, biz yenə hansısa ərazidən çıxmalıyıqmı? Bəs mən əgər Rusiya Federasiyasının iki vilayətini Ukraynanın Konstitusiyasına əlavə etsəm, onlar da o torpaqlardan çıxacaqlarmı? Bu, işləməyən modeldir”, deyə İkrayna prezidenti etirazını bildirib.

Ukrayna prezidenti vurğulayıb ki, ölkəsinin suverenliyi və ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz.

Poliqon.info

Seçilən
76
poliqon.info

1Mənbələr