AZ

Xaçmazda dəhşətli qətl: 44 yaşlı kişi güllələndi

Xaçmaz şəhərində qətl hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Aşıq Ələsgər küçəsindəki fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Emin Nəcmulla oğlu Cəlilov tüfəngdən açılan atəş nəticəsində ağır xəsarət alaraq hadisə yerində dünyasını dəyişib.

Hadisəni Köhnə Xaçmaz kənd sakini, 1988-ci il təvəllüdlü Rafiq Sadıq oğlu Həbibov törədib. Qohum olan şəxslər arasında qanlı hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Hadisə yerindən Rafiq Həbibovun qanunsuz saxladığı 1 ədəd “İJ” markalı tüfəng götürülüb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq aparılır.

Mərhumun qohumu Əlihüseyn Şıxıyev hadisə ilə bağlı bildirib:

“Xəbər gəldi ki, vurublar. Qəfildən, daldan. Çıxıb dama silahla vurub. Bu subay adam idi, heç kimə sataşmırdı. Gizlənib, güdüb vurub. Elə orada da rəhmətə gedib, ağ ciyərinə dəyib. Kişini arxadan vurmaq olmaz. 3-4 gün qabaq cibinə pul da qoymuşdu ki, yetim adamsan, kasıb adamsan”.

Seçilən
68
nocomment.az

1Mənbələr