AZ

Politico: “Aİ Ukraynaya görə qaydaları dəyişir”

AzVision.az xəbər verir ki, diplomatik mənbələrə istinad edən “Politico” nəşrinin məlumatına görə, nəzərdən keçirilən təkliflərdən biri yeni dövlətlərin ilkin mərhələdə səsvermə hüququ olmadan Aİ-yə qəbul edilməsidir.

Belə reallıq xüsusən də Macarıstanın baş naziri Viktor Orban kimi liderlərin ittifaqın genişlənməsi ilə bağlı mövqeyini yumşalda bilər.

Təşəbbüs müzakirənin ilkin mərhələsindədir və bütün üzv dövlətlərin təsdiqini tələb edir. Əsas ideya ondan ibarətdir ki, yeni üzvlər Aİ-nin əksər üstünlüklərindən istifadə edə biləcəklər və yalnız əsas institusional islahatlardan, o cümlədən səriştəli qərarların qəbuluna keçiddən sonra tam hüquqlar qazanacaqlar.

“Gələcək üzvlər əksər siyasət sahələrində ixtisaslı çoxluğun tətbiqi kimi əsas institusional islahatlar həyata keçirilənə qədər veto hüququndan imtina etməyə borcludurlar. Ayrı-ayrı Aİ-yə üzv dövlətlərin islahatlara mane olması genişlənməni ləngitməməlidir”, - Almaniya parlamentinin Avropa işləri üzrə Komitəsinin sədri Anton Qofrayter vurğulayıb.

Makron Orbanı dəstəkləyə bilər
Onun sözlərinə görə, bu təşəbbüs namizəd ölkələrə, məsələn, Ukrayna, Moldova, Monteneqro və digərlərinə birlikdə daxili islahatların tam başa çatmasını gözləmədən, Aİ-nin güzəştlərindən daha tez yararlanmağa imkan verəcək. Almaniyalı parlamentari bu yanaşmanın artıq Qərbi Balkan ölkələri arasında dəstəkləndiyini iddia edib.

- Bundan əlavə, Avropa Komissiyası (AK) 27 üzv dövlətin hamısının razılığına ehtiyac olmadan aralıq qərarlar qəbul etməklə genişlənmə prosesini sürətləndirmək imkanını nəzərdən keçirir. Bu, Macarıstan hökumətinin sərgilədiyi kimi maneələrin qarşısını almağa kömək edəcək”,- “Politico” yazır.

Xatırladaq ki, Ukraynaya gərbi yardım və bu ölkənin Aİ-yə sürətli qəbulu ideyasının əleyhinə çıxan Macarıstanın baş naziri Viktor Orban iki həftə əvvəlbirliyin dağılmaq üzrə olduğunu iddia edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
64
azvision.az

1Mənbələr