AZ

“Napoli”nin sabiq üzvü karyerasını Türkiyədə davam etdirə bilər

İtaliya millisinin və “Napoli”nin sabiq üzvü Lorenzo İnsinye karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Kasımpaşa”ya keçməyə yaxındır.

Hazırda tərəflər arasında danışıqlar gedir. İstanbul təmsilçisi azad agent statusu daşıyan təcrübəli futbolçunun istədiyi maaşı verə biləcəyi təqdirdə, tərəflər arasında müqavilə imzalanacaq.

“Napoli”nin yetirməsi olan Lorenzo “Kaveze”, “Foggia”, “Peskara” və “Toronto” klublarında oynayıb.

İngilis klubundan rekord

Ziyeş Türkiyə klubundan imtina edib

"Yuventus" "Komo" ilə bacarmadı

Mançini Premyer Liqaya qayıda bilər

Messi het-trik etdi, çempionatın bombardiri oldu

Seçilən
92
apasport.az

1Mənbələr