AZ

Gürcüstanın bu partiyası parlament boykotuna son qoydu

Ajans.az xəbər verir ki,bu barədə partiyanın liderlərindən biri Giorgi Şaraşidze brifinq zamanı bildirib. Qeyd edək ki, partiya 2024-cü il 26 oktyabr parlament seçkilərindən sonra 11-ci çağırış parlamentini boykot etdiyini açıqlamışdı. Lakin Şaraşidzenin sözlərinə görə, bu addım siyasi proseslərə mənfi təsir göstərib, müxalifətin zəifləməsinə və “Gürcü Arzusu” hakimiyyətinin avtoritar mövqelərinin güclənməsinə yol açıb. O bildirib ki, boykot gözlənilən nəticəni verməyib və antidemokratik qanunların qarşısını almağa imkan yaratmayıb: “Parlamentdən kənarda qalmaqla biz faktiki olaraq siyasi proseslərin kənarına itələndik və bu, 4 oktyabr hadisələri kimi təxribatlara zəmin yaratdı”. Şaraşidze vurğulayıb ki, partiya ictimaiyyətin narahatlığını nəzərə alaraq bütün siyasi alətlərdən və platformalardan istifadə etməyə qərarlıdır: “Parlament və bələdiyyə şuraları xalqın nümayəndəli orqanlarıdır və yalnız Gürcüstan xalqına məxsusdur”. O, həmçinin Almaniyanın səfiri Peter Fişerin geri çağırılması fonunda “Gürcü Arzusu”nun Gürcüstanın milli maraqlarına zərər vurduğunu bildirib və ölkədə siyasi plüralizmin və ifadə azadlığının məhdudlaşdırılmasına qarşı çıxıb. “Biz radikal qarşıdurmaya deyil, mötədil və rasional siyasətə qayıdışın vacibliyini müdafiə edirik”, – deyə partiya nümayəndəsi vurğulayıb.

 

Seçilən
9
Ajans.az

1Mənbələr