AZ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu avtomobil modelləri bahalaşacaq

Azərbaycanda avtomobil istehsalı 30 faizə yaxın azalıb.

Maraqlıdır, bu azalma ölkədə avtomobil bazarındakı qiymətlərə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, yerli istehsal olunan avtomobillər Çin imodellərilə rəqabətdə geri qalırdı.

Eyyub Əliyev

Onun sözlərinə görə, istehsalın azalması yaxın gələcəkdə daha innovativ avtomobillərin yığımı ilə bağlı planlarla əlaqələndirilə bilər:

“Yerli sənaye müəssisələrində yığılan avtomobillərin rəqabət qabiliyyətini artırmaq üçün yeni addımlar atılır. İstehsalçılar innovativ, elektrik və hibrid avtomobillərin yığımını planlaşdırırlar. Məhz buna görə də, hazırkı azalma müvəqqəti xarakter daşıya bilər”.

Eyyub Əliyev qeyd edib ki, Çin və digər ölkələrdən paralel idxal yolu ilə gətirilən avtomobillərin ucuz qiymətə təklif olunması yerli istehsalçılar üçün çətin rəqabət mühiti yaradıb:

“Yerli yığım avtomobilləri xüsusilə Çindən gətirilən, aşağı qiymətə satılan modellərlə rəqabətdə uduzur. Bu da bazarda istehsal tempinə və qiymət dinamikasına təsir göstərir”.

Mütəxəssis hesab edir ki, yaxın illərdə yerli avtomobil sənayesinin yeni texnologiyalara əsaslanaraq daha güclü şəkildə bazara qayıtması gözlənilir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr