AZ

ASCO üzrə bu ilin 9 ayında təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO gəmilərin istismarı vəsahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərktullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfitəsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Buməqsədlə əməliyyatlar zamanı zəruri qabaqlayıcı tədbirlər görülürvə tullantıların təhlükəsiz şəkildə təhvil verilməsi təminolunur.

Trend xəbərverir ki, hesabata əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarıərzində ASCO gəmilərindən 83 m³ plastmas, 414.2 m³ qida qalığı,434.7 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.),35.6 m³ istismar tullantısı, 184.2 m³ neft qalığı-şlam, 2663.5 m³döşəməaltı lyal su, 73419 m³ məişət təsərrüfat çirkab su təhvilverilməklə ərazidən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 14 ton yanmış qəlibqumu, 1406.8 ton abraziv (gəmi gövdəsindən çıxanpas-boya-çınqıl-qum qarışığı), 59045 ton məişət çirkab suyu, 1123.9ton neftli döşəməaltı-lyal su, 157.5 ton sürtgü yağı, 3413.3 m³məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulkavə s.), 482 m³ qida qalığı, 166.8 m³ polimer əsaslı və plastmastullantı, 71 m³ yağlı və neftli tullantı, 102.8 m³ rezin tullantı,170.6 m³ istismar tullantısı, 0.084 m³ tibbi tullantı aidiyyətiüzrə təhvil verilib.

Qeyd edilən dövrdə 0.66 ton kağız, 0.58 ton plastmas, 14.9 tonqara metal, 5.4 ton əlvan metal təkrar emala göndərilib.

Məqalədə:
Seçilən
94
5
az.trend.az

6Mənbələr