Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xırdalan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 18-də axşam saatlarında qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı minik avtomobili yol kənarında park edilmiş yük maşınına çırpılıb.
Qəza nəticəsində avtomobilə ciddi maddi ziyan dəyib, sürücü isə yüngül bədən xəsarətləri alıb.
Qeyd edək ki, hadisəni törədən sürücü görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, şərh bölməsində fikirli olduğunu vəq'za dayanmış yük maşınını yalnız son anda gördüyünü qeyd edib.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.