AZ

Zelenski Uitkoffa sərrast cavabından danışdı – “Əgər biz də…”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın mövqeyinin dəyişmədiyini bildirib.

NOCOMMENT.az bu barədə “Новини.Live” telegram kanalına istinadən xəbər verir.

Zelenskinin sözlərinə görə, ruslar Ukraynanın Donetsk və Luqansk vilayətlərindən tamamilə çıxmasını istəyirlər və ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff Ukraynanın işğal olunmuş ərazilərin Rusiyaya verilməsindən danışarkən rusların “referendum”na əsaslanıb.

“Rusiyalıların bu siqnalları reallıqdan o qədər uzaqdır ki, işğalın başlaması ilə “referendum” arasında 10 il keçib. Cənab Vitkoff deyir ki, o konstitusiyaya salınıb. Ona görə də mən cənab Uitkoffa bir daha izah etdim ki, əgər Putin sabah müharibə başa çatdıqdan sonra əlavə dəyişiklik etsə, bizə yenidən hansısa ərazilərdən geri çəkilmək lazım olacaq? Birdən əgər mən, məsələn, Rusiya Federasiyasının iki vilayətini Ukrayna Konstitusiyasına əlavə etsəm, onlar o zaman həmin ərazilərdən geri çəkiləcəklərmi? Bu işləməyən modeldir”, – deyə Zelenski vurğulayıb.

Xatirə SADİQ

Seçilən
77
nocomment.az

1Mənbələr