Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
“Bir müddət əvvəl Avropa ölkələrində İranla bağlı məsələlərə çox da əhəmiyyət verilmirdisə, indi o məsələlər daha ciddi şəkildə gündəmə gətirilir. İranın beynəlxalq səviyyədə təcridinin dərinləşdirilməsinin əhəmiyyəti çox önəmlidir. İranın beynəlxalq səviyyədə olunsun və ona imkan verilməsin ki, ölkə daxilində uzunmənzilli ballistik raketlərinin istehsalı və bu prosesi aparma qabiliyyətinin artması mümkün olmasın”.
Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həm NATO, həm də Avropa ölkələrinin daxilində İran dronlarına qarşı ortaq müdafiə proqramı formalaşdırılsın: “Bu, çox önəmlidir ki, Avropanın təhlükəsizlik strategiyası artıq Putinlə yanaşı və yaxud Rusiya ilə yanaşı, Tehranı da əhatə edən bir müdafiə sistemi ortaya qoysun. Avropanın təhlükəsizliyi ancaq bu əsasda təmin oluna bilər. Çünki biz görürük ki, İran Rusiyanın işğalçı siyasətini hərtərəfli dəstəkləyir və ona haqq qazandırır. Ölkə daxilində, mediasında Rusiya və Putinin haqlı olduğunu ən yüksək tribunalardan səsləndirir. Hətta Əli Xamenei dedi ki, "Rusiya Ukraynaya hücum etməsəydi, NATO bu hücumu həyata keçirəcəkdi". Bu ağ yalanı dini rəhbər statusunda olan bir şəxs səsləndirirsə, bu da o deməkdir ki, artıq Avropa və Qərbə qarşı yönələn təhdidlərdə İran aktiv iştirak etmək istəyir”.
Sadiq İsabəyli
Siyasi şərhçi vurğulayıb ki, İran aktiv iştirakını müxtəlif formada media üzərindən, Rusiya satdığı silahlar və dronlar üzərindən göstərir: İran Ukraynaya qarşı döyüşən əsgərlər göndərir. SEPAH gedir, müşavirə verir. Ukrayna cəbhəsində motosikletlər istifadə edilir. Onlar İran-İraq müharibəsində sınaqdan keçmiş, həmin cəbhədə işlənilmiş bir taktikadır. Görünür, İslam İnqilabı Keşikçiləri Korpusu onu Rusiyaya verib ki, kəşfiyyat fəaliyyətlərində və digər yerlərdə istifadə edilsin. Bu da onu göstərir ki, İrandakı fars-molla rejimi Rusiyanın Qərbə yönəlik hücum planında aktiv şəkildə iştirak edən bir rejimdir.
Həmçinin, İran öz daxilində nüvə proqramlarının aparılmasında israrlıdır. Baxmayaraq ki, ABŞ onun bir çox nüvə obyektlərini sıradan çıxardı. Ballistik raketlərin istehsalında və onun uzunmənzilli istifadəsində maraqlıdır. Bu da təhdidin hansı ölçüdə olduğunu göstərməkdədir”.
Sadiq İsabəyli hesab edir ki, bir sözlə, Britaniya parlamentində İran dronlarının sərgilənməsi sırf simvolik bir tədbir deyil: “Bu, İrana qarşı yeni sanksiyaların formalaşmasına gətirib çıxaracaq bir prosesin başladılmasıdır. Eyni halda, Avropanın müdafiə planlarının siyasi əsaslandırılması prosesidir. Bütün bu proseslərə baxdıqda, psixoloji xəbərdarlıq olaraq dəyərləndirilə bilər. Eyni zamanda praktik hazırlıq üçün bir addımdır, həm də İranın təhdidinə Avropanın biganə qalmaması məsələsini gündəmə gətirir”.
Siyasi şərhçi qeyd edib ki, Avropa artıq özünə qarşı olan təhdidləri ciddiyə almaqdadır: “Əvvəllər daha çox İngiltərə bu məsələləri gündəmə gətirirdi. "İran" adlanan ölkənin nə qədər təhlükəli bir dövlət olduğunu göstərməyə çalışırdı. Terror rejimi kimi onun Avropada terror fəaliyyətlərini gündəmə gətirir, onun casusluq fəaliyyətlərini gündəmə gətirirdi. Amma indi görürük ki, bu prosesdə Fransa, Almaniya, İsveç kimi ölkələr və digər Avropa ölkələri də qoşulmaqdadırlar. Təsadüfi deyil ki, İran Avropaya yönəlik təhdid mesajlarını bir növ artırmağa çalışır. Bu da onu göstərir ki, Avropanın stabillik mexanizminin formalaşması və yeni planlar əsasında aparılması gündəmdədir”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.