AZ

TƏBİB jurnalistin keçmiş həyat yoldaşı haqda açıqlama yaydı

ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

TƏBİB intihara cəhd edən “Yeni Çağ” saytının rəhbəri, jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcovanın durumu ilə bağlı məlumat yayıb.

Qurumdan “Yeni Sabah”a bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (qadın) 20.10.2025-ci il tarixində saat 13:20 radələrində zəhərlənmə şübhəsilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib:

“Dərman mənşəli intoksikasiya diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxsin ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”. Dördpendirli pizza

Qeyd edək ki, “Yeni Çağ” saytının rəhbəri, jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova çoxlu sayda dərman həbi içib.  Aqil Ələsgər Günay Fərəcovanın intihara cəhd etdiyini lent.az-a təsdiqləyib.

Aytac Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
2
yenisabah.az

3Mənbələr