AZ

“Zelenski parlamentimə gəlsə, ayaqlarını sındıraram

Avropa Parlamentinin Rumıniyadan olan deputatı Diana Şoşoake Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına təhdidlər səsləndirib.

Bakıvaxtı.az “Ukrainskaya pravda” portalına istinadən xəbər verir ki, Şoşoake bu barədə Rusiyaya səfəri çərçivəsində danışıb. 

Onun sözlərinə görə, 2023-cü ildə Ukrayna liderinin Rumıniya parlamentində çıxışına əngəl olub:

“O, mənim parlamentimə gəlməyə cəsarət etsə, ayaqlarını sındararam! Zelenski mənim parlamentimdə çıxış etməməlidir. Nəyə görə “mənim parlamentim” deyirəm? Çünki Rumıniya konstitusiyasında deyilir ki, biz parlament üzvləri Rumıniya xalqının nümayəndələriyik və onun suverenliyini təmsil edə biləcək yeganə şəxslərik”.

Seçilən
15
5
bakivaxti.az

7Mənbələr