İmamoğlunun məhkəməsində dava oldu - Video
Ajans.az Haber 7-yə istinadən xəbər verir ki,İş üzrə məhkəmə prosesi İstanbul Ədliyyəsində deyil, yer məhdudiyyəti səbəbindən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinin 1 saylı məhkəmə zalında keçirilir. Sentyabrın 12-də keçirilən ilk iclasda ittiham aktı təqdim olunmuş və iş oktyabrın 20-nə təxirə salınmışdı. İclas öncəsi məhkəmə zalının qarşısında gərgin anlar yaşanıb. Müşahidəçi kimi zal daxilinə girməyə çalışan bir şəxslə jandarma əməkdaşları arasında qarşıdurma baş verib. Daha sonra toplaşan izdiham təhlükəsizlik baryerlərini dağıdaraq zalın qarşısına yürüş edib. Jandarma ilə vətəndaşlar arasında əlbəyaxa insident yaşanıb, nəticədə girişlər müvəqqəti bağlanıb. Gərginlik səngidikdən sonra məhkəmə dinləməsinin başlanacağı gözlənilir.