Körfəz ölkələri HƏMAS-ın tərksilahına yardım etməlidir
İnterpress.az xəbər verir ki, ABŞ vitse-prezidenti Cey Di Vens Körfəz ölkələrinə çağırış edərək, bölgəyə sülhü qorumaq və Fələstin terror təşkilatı HƏMAS-ın tərksilahına kömək etmək üçün hərbi qüvvələr göndərmələrini təklif edib.
Vensin sözlərinə görə, HƏMAS-ın təxminən 40 müxtəlif hüceyrəsi mövcuddur:
“Bəzi hüceyrələr sülh müqaviləsinə əməl edə bilər, lakin çoxu buna riayət etməyəcək”.
Vitse-prezident əlavə edib ki, beynəlxalq dəstək olmadan HƏMAS-ın təhlükəsi ilə mübarizə çətinləşir.
Xuraman Etibarlı
İnterpress.az