AZ

Simonyan ölüm yatağında: Hər şeyə hazıram

BAKI, 20 oktyabr. TELEQRAF

Xərçəng xəstəliyindən müalicə olunan “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan oktyabrın 20-də kimyaterapiya kursuna başlayacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.

Kremlin erməni təbliğatçısı qeyd edib ki, efirə nə vaxt qayıdacağı və müalicə zamanı özünü necə hiss edəcəyini proqnozlaşdırmaq çətindir:

“Xahiş edirəm, “hər şey yaxşı olacaq” yazmayın, hər şey Tanrının istədiyi kimi olacaq. Mütləq yaxşı olacağını söyləmək də mənə çox təkəbbürlü görünür”.

Marqarita istənilən nəticəyə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, Kremlin təbliğatçısı bundan əvvəl ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb. O bildirib ki, xərçənglə mübarizə apardığı üçün bir müddət efirə çıxmalı olacaq. Marqarita xəstəliyi barədə ilk dəfə sentyabrın 7-də həmkarı Vladimir Solovyovun verilişində döş əməliyyatı keçirəcəyini açıqlayanda danışıb.

Sentyabrın 26-da onun əri, kinorejissor Tiqran Keosayan ölüb.

Seçilən
93
2
teleqraf.com

3Mənbələr