AZ

Elxan Şahinoğlu: “Bağçalının ideyası reallaşması çətin olan təklifdir” - ÖZƏL

Türkiyə MHP sədri Dövlət Bağçalı Şimali Kipr seçkilərinin nəticələrini tənqid edərək, parlamenti təcili iclasa çağırıb və ölkənin Türkiyəyə birləşməsi təklifini irəli sürüb. O, seçici fəallığının az olduğunu qeyd edərək, nəticələrin Kipr türklərinin iradəsini əks etdirmədiyini bildirib. Qeyd edək ki, seçkilərdə federasiya tərəfdarı Tufan Erhürman qalib gəlib.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Olaylar.az-a açıqlama verib: 
" Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı belə bir açıqlama ona görə verib ki, onun dəstəklədiyi Ersin Tatar Kuzey Kıbrıs Türk Cümhuriyyəti prezident seçkilərində faktiki olaraq rəqibinə məğlub olub. Rəqibi isə Kipr yunanları ilə federasiya qurulmasının tərəfdarıdır ki, Bağçalı bunu doğru hesab etmir. Ona görə də Bağçalı belə bir təkliflə çıxış edib. Halbuki Ersin Tatar seçkilərdə qələbə çalsaydı, yəni Dövlət Bağçalı bəlkə də belə bir açıqlama verməzdi. Amma bu ideyanın reallaşması çətindir, problematikdir. Çünki Kuzey Kıbrıs Türk Cümhuriyyətini, əslində, Türkiyədən başqa heç bir dövlət rəsmən müstəqil dövlət kimi tanımayıb. Halbuki buna hüquqları və haqları çatır.
Bu mövzuya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da mövqeyini bildirməsi maraqlı olardı. Çünki Ərdoğan da açıq şəkildə Ersin Tatarı dəstəkləyirdi, amma Ersin Tatar indi seçkilərdə məğlub oldu. Yəni, Ərdoğan da əgər Bağçalının bu təklifinə dəstək verərsə, mümkündür ki, bu istiqamətdə hansısa addımların atılması reallaşa bilsin. Halbuki yenə təkrar edirəm, Kuzey Kıbrısın yeni seçilən prezidenti inanmıram ki, bu təklifə müsbət yanaşsın" . 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr