AZ

Bu il Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 1,5 faiz artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 970.6 milyon dollara çatıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1.43 faiz artım deməkdir.

Oxu.Az Gürcüstan Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı 529.9 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 2.6 faiz azalma deməkdir. İdxal 440.7 milyon ABŞ dolları təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.4% artım göstərir.

Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, ölkənin Gürcüstanla ümumi ticarət həcmi 623 milyon 989.32 min dollar olub. İxrac isə 495 milyon 464.45 min dollar təşkil edib.

Azərbaycan və Gürcüstan dövlət qurumlarının açıqladığı məlumatlarda fərqliliklər iki ölkənin gömrük metodologiyasında müxtəlif qiymətləndirmə və ölçmə metodlarından istifadə etməsi ilə izah olunur.

"Cebheinfo.az" 

Seçilən
51
cebheinfo.az

1Mənbələr