AZ

Marta Kos: Sülh prosesi etibarlı ticarət yollarının qurulmasına imkan yaradır

BAKI, 20 oktyabr. TELEQRAF

Ermənistan və Azərbaycan sülhə yaxınlaşarkən Avropa, Türkiyə və Orta Asiyanı birləşdirən etibarlı ticarət yollarının qurulması üçün unikal imkan yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu gün Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin regional təhlükəsizlik və regionlararası əlaqələrə dair görüşü ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

Aİ rəsmisi deyib ki, bu ölkələrin ilk dəfə bir araya gəlməsi regional əməkdaşlıq baxımından mühüm hadisədir:
"Türkiyə fəaliyyətlərimizin mərkəzində yer alır. Coğrafi mövqeyinə görə Avropanı Asiya və Yaxın Şərqlə birləşdirən təbii körpü rolunu oynayır. Bu səbəbdən Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcəyəm. Regionun təhlükəsizliyini təmin etmək üçün Ankara ilə sıx əməkdaşlıq edəcəyik. Qara dənizdə təhlükəsizliyi möhkəmləndirmək və Cənubi Qafqazda uzunmüddətli sabitliyi təmin etmək məqsədilə koordinasiyanı davam etdirəcəyik".

Seçilən
121
teleqraf.com

1Mənbələr