
İranın ali dini rəhbəri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın Tehranla razılaşmaq istəyi ilə bağlı bəyanatına sərt cavab verib.
Missiya.Az xəbər verir ki, bu barədə “Azad İran” “Teleqram” kanalı məlumat yayıb.
O bildirib ki, nəticələri əvvəlcədən zorla müəyyən edilmiş bir razılaşma sövdələşmə deyil, məcburiyyətdir və İran xalqı belə zorakılığa boyun əyməz:
“Biz bəzi ölkələr kimi bu təzyiqlərin təsirinə düşəcək xalq deyilik”, - deyə Xamenei vurğulayıb.
Daşqın HəsənovMissiya.Az