AZ

Peskov: “Moskvanın mövqeyi dəyişməyib”

AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov keçirdiyi brifinqdə belə deyib.

“Bu mövzu Rusiya-Amerika təmasları zamanı müxtəlif nüanslarla dəfələrlə qaldırılıb. Rusiya tərəfi hər dəfə cavab verib və bu cavab hamıya məlumdur: Moskvanın ardıcıl mövqeyi dəyişməz olaraq qalır”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Tarmp: “Rusiya və Ukrayna qoşunları indiki xətdə dayanmalıdır” | VİDEO
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp oktyabrın 19-da “Financial Times” nəşrində dərc olunan məqalədəki iddiaları təkzib edib. Həmin materiala görə, Amerika lideri guya ukraynalı həmakrı Volodimir Zelenski ilə görüşdə onu bütün Donbası Rusiyaya verməyə çağırıb, əks halda Rusiya prezidenti Vladimir Putinin Ukraynanı “məhv edəcəyini” söyləyib.

- Qoy hər şey olduğu kimi qalsın. Artıq ora bölünüb. Düşünürəm ki, regionun 78%-i artıq Rusiya tərəfindən işğal edilib. Daha sonra hansısa razılığa gələ bilərlər. Ancaq hələlik münaqişənin hər iki tərəfi cəbhə xəttində dayanmalıdır - evlərinə çəkilməli, döyüşləri və insanları öldürməyi dayandırmalıdır”,- Ağ Evin rəhbəri prezidentin “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Yeri gəlmişkən, “Politico” nəşrinin yazdığına görə, Zelenski ABŞ-yə sonuncu uğursuz səfərindən əvvəl amerikalırespublikaçı-konqresmenlərin görüşü təxirə salmaqbarədə məsləhələrini qulaqardına vurub.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
71
2
azvision.az

3Mənbələr