AZ

Xaçmazda Energetiklər Günü və Ümumdünya Statistika Günü qeyd olunub (FOTO)

Bakı.Trend:

Xaçmaz rayonunda 20 oktyabr – Energetiklər Günü və ÜmumdünyaStatistika Günü qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, energetiklər vəRayon Statistika İdarəsinin əməkdaşları Ümummilli Lider HeydərƏliyevin abidəsi önünə gül dəstələri düzüb, onun xatirəsinəehtiramlarını bildiriblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevenergetikləri və statistika idarəsinin əməkdaşlarını təbrik edib,fəaliyyətlərində uğurlar arzulayıb.

Elnur Rzayev qeyd edib ki, 1981-ci il oktyabrın 20-də“Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerjibloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyiilə istifadəyə verilib. Bununla da Azərbaycanelektroenergetikasının inkişafında yeni mərhələnin əsasıqoyulub.

Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamıilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsimilli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkərəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyiböyük dəyərin ifadəsidir.

Elnur Rzayev həmçinin Ümumdünya Statistika Günününəhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevinrəhbərliyi ilə bu gün statistika fəaliyyəti rəqəmsaltexnologiyaların tətbiqi, şəffaflıq və operativlik prinsipləriəsasında inkişaf edir və ölkənin davamlı sosial-iqtisaditərəqqisinə mühüm töhfə verir.

Energetiklər və rayon statistika idarəsinin əməkdaşlarıyaradılan şəraitə, göstərilən yüksək diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Seçilən
78
1
az.trend.az

2Mənbələr