AZ

“Rusiyanın bu mövqeyi dəyişməyib” – Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanın Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli məsələsində mövqeyi dəyişməyib.

Peskovun sözlərinə görə, Moskva və Vaşinqton Ukrayna ilə bağlı məsələlərdə işçi və ekspert səviyyəsində əlaqələri davam etdirir:

“Bu mövzu ilə bağlı hər hansı rəsmi bildiriş ola bilməz. Biz bəyanatları eşidirik və onlara əsaslanırıq. Moskva və Vaşinqton bu istiqamətdə mövqeləri işçi və ekspert səviyyəsində müzakirə edə bilər”,-deyə Peskov qeyd edib.

Peskov həmçinin mətbuatda yer alan Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya arasında mümkün ərazi mübadiləsi barədə danışıqlar apardığı iddialarına münasibət bildirməkdən imtina edib.

O, Rusiya və ABŞ liderlərinin Budapeştdə keçirilməsi planlaşdırılan sammitinə hazırlıqların hələ başlanmadığını qeyd edib:“Hazırda Budapeştdə keçiriləcək Rusiya–ABŞ sammiti ilə bağlı heç bir detal yoxdur. Xarici siyasət orqanları səviyyəsində hələ çox ‘ev tapşırığı’ görülməlidir”.

Peskov bildirib ki, Moskva sammit çərçivəsində Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair irəliləyiş əldə etməyi və ABŞ ilə ikitərəfli münasibətləri müzakirə etməyi planlaşdırır:“Rusiya Vaşinqtonla Ukrayna məsələsində dialoqu davam etdirəcək. Ciddi iş aparılır… Rusiya və Prezident Putinin sülh yolunda həll mövqeyi ardıcıl və yaxşı məlumdur”.

Seçilən
79
7times.az

1Mənbələr